20.04.2025, 07:32
AZ EN
26.01.2024, 18:05 266

Rusiya XİN: “Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səyləri davam etdirməyə hazırıq”

XƏBƏRLƏR
  • Rusiya Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirməyə hazırdır.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru-nun sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Moskva İrəvanın əsas tərəfdaşı olaraq qalır.

Zaxarova xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında 2020-ci ilin payızında hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib və daha ​​çətin vəziyyətin qarşısını almağa kömək edib: "Rusiya hərbi əsirlərin və məhbusların mübadiləsində, itkin düşənlərin axtarışında, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal köməklik göstərib". (Report)

Oxşar xəbərlər