“Vətən səsi” xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində foto və fideogörüntülər yayımlanıb. Həmin görüntülərdə Ermənistan ordusunun hərbi maşın karvanının Naxçıvan Muxtar Respublikasının Kərki kəndinə doğru hərəkət etdiyi əks olunur. Hərbi maşınların topları da daşıdığı görünür.
Erməni sosial şəbəkə istifadəçiləri foto və videogörüntülərin altında Ermənistan hərbi birliklərinin Cermukdan çıxarılaraq,Naxçıvanla şərti sərhədə - Kərki istiqamətində yerləşdiyini yazıb.
Həmin görüntülər “Bez Tormozov”un da səhifələrində də paylaşılıb.
Xatırladaq ki, Kərki kəndi hazırda Ermənistanın işğalı altında olan, Azərbaycana məxsus 4 eksklav yaşayış məntəqələrindən biridir. Azərbaycanla Ermənistan arasında bu ilin yazında başlanmış delimitasiya prosesinin növbəti mərhələsində həmin kəndin də taleyinə aydınlıq gətirilməlidir. Təsdiqlənməmiş məlumatlara görə, iki ölkənin müfaviq komissiayalar anklav və eksklavlarla bağlı məsələləri müzakirə edərkən Naxçıvanın Kərki kəndinin Ermənistana verilməsi və bunun əvəzində Gədəbəyin Başkənd yaşayış məntəqəsinin Azərbaycanda qalmasının yollarını axtarıblar. Amma tərəflər arasında belə bir razılaşmanın olmamsı barədə hələlik hər hansı məlumat yoxdur.
Elxan SALAHOV