Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bu ölkədə ən populyar dördüncü qəzet olan “NRC Handelsblad” nəşrinə müsahibəsində deyib.
Diplomatın müsahibəsi əsasında hazırlanan “Hərəkətə keçməli idik” başlıqlı məqalədə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin səbəbləri, Qarabağda Ermənistanın qanunsuz hərbi mövcudluğu ilə bağlı konkret faktlar yer alır, qondarma etnik təmizləmə ilə bağlı iddialar təkzib edilib.
“Səfir Ermənistanla davamlı sülhə inanır, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyini müsbət qiymətləndirir, onu qərəzsiz hesab edir, əmindir ki, ABŞ və Rusiya sülh prosesinə mühüm töhfə verə bilər, lakin eyni zamanda Niderlandın bu prosesdə fəal rol oynamaq istəməməsindən təəssüflənir”, – məqalədə diqqətə çatdırılıb.
“Cənubi Qafqaz regionu çoxdan sülh və firavanlıq üçün yetişib. Bölgənin üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan Şərqlə Qərb arasında əlaqəni təmin etməklə ticarət, investisiya və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq edə bilərdilər”, – qəzet Azərbaycan səfirinə istinadən qeyd edib.(Report)