19.10.2024, 23:33
AZ EN
14.08.2023, 13:42 252

Türkiyəli professor: “Rusiya Ermənistanı fransız lobbisinin əlinə buraxmaq istəmir”

XƏBƏRLƏR
  • “Ermənilərin Laçın yolunun açılması üçün “humanitar böhran” adı altında keçirdikləri aksiyada, təbii ki, Rusiyanın rolu var, buna kömək edəcək başqa birinin olduğunu düşünmürəm”.

Bunu türkiyəli tarixçi, professor İbrahim Tellioğlu deyib. O,fikrini belə izah edib ki, Rusiya Ermənistanı fransız lobbisinin əlinə buraxmaq istəmir:

“Rusiya regionda öz çəkisini qorumaq və imkan daxilində əsgərlərini bölgədə saxlamağa çalışır. Ancaq başı Ukraynaya qarışdığı üçün diqqətini buraya çox yönəldə bilmir. İranla münasibətlər də əvvəlki kimi yaxşı deyil. Bunların fonunda bir də Qarabağ məsələsinə görə Türk Dövlətləri Təşkilatı ilə üz-üzə qalmaq istəmir. Qarabağ türk dünyasının qırmızı xəttinə çevrilib. Bunu bilən Rusiya hazırda sadəcə öz rolunu bölgədə qorumaq və vəziyyəti stabil tutmaqda maraqlıdır”.

İ.Tellioğlu qeyd edib ki, Rusiya regiondakı maraqlarına görə mövcud problemin həllinə öz töhfəsini verə bilər:

“Putin vasitəçilik etdiyi razılaşmanın tam icrası üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Ermənistan da imzaladığı müqaviləyə əməl etmək məcburiyyətindədir. Əslində, məncə, Paşinyan imzaladığı müqaviləyə əməl etmək istəyir, amma o, Avropadakı erməni lobbisinin təzyiqlərindən yaxa qurtarmaq üçün müəyyən güzəştlər qoparmağa çalışır. Ancaq bunlar əbəsdir. Hesab edirəm ki, Rusiya Azərbaycanın tərəfində yer alacaq və bu məsələnin həllinə öz töhfəsini verəcək. Çünki onun regiondakı maraqları bunu tələb edir”. (Report)

Oxşar xəbərlər