02.08.2025, 15:25
AZ EN
01.08.2023, 17:09 313

Ermənilərin “tır şousu” davam edir

XƏBƏRLƏR

Artıq bir həftəyə yaxındır ki, Laçın yolunda ermənilər və havadarlarının “humanitar hay-həşiri” davam edir. Bu da onu deməyə əsas verir ki, bölgədə davamlı sülhün olmasına “can atan” avropalı missionerlər əlləri ciblərində yuxarıda dayanıb “tır şousunu” izləməklə, əslində, separatçılara dəstək verdiklərini nümayiş etdirirlər.

Belə olmasaydı, Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi ylundan imtina edib Laçın yolunda təlxəklik etməzdilər. Reallıq isə ortadadır. Avropalı cənabları nə Cənubi Qafqazda sülhün bərqərar olması, nə də Qarabağda yaşayan erməni sakinlərin taleyi maraqlandırır. Onlar problemi həll etmək əvəzinə, yeni problemlərin mövcudluğuna səy göstərirlər. Rəsmi İrəvan isə havadarlarının dəstəyindən ilhamlanaraq sülhə gedən yolun məcrasını dəyişməklə məşğuldu.

Politoloq Elçin Mirzəbəyli “Real” TV-yə açıqlamasında bildirib ki, Laçın yolunda baş verən təxribatın qaynaqlandığı ilk amil Azərbaycanın irəli sürdüyü  təklifə qarşı Ermənistan tərəfinin hər hansı tutarlı arqumentnin olmamasıdır: “Nəticə etibarilə bu humanitar yük təxribatının meydana çıxmasına zəmin yaradır. Bununla da onlar Azərbaycanı fakt qarşısında qoymaq, yenə də beynəlxalq ictimaiyyətə Azərbaycanın humanitar missiyaya maneə yaratdığı barədə uydurma informasiyalar sırımağa cəhd edirlər. Digər tərəfdən, əgər məntiqi baxımdan bu prosesə yanaşılarsa və Ermənistanın ölkəmizin olduqca humanist bir davranışının qarşılığında təxribata ən atdığı nəzərə alınarsa,  o zaman həmin yüklərin  zəhərli olması və xəstəlik daşıması barədə də  müxtəlif fərziyələr irəli sürmək mümkündür”.

Əlbəttə, görünən odur ki,  Ermənistan üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmək fikrində deyil. Azərbaycan tərəfi isə bütün məsələlərdə hüquqi yanaşma sərgiləyir. Bir neçə  gün bundan əvvəl Laçın sərhəd-keçid  məntəqəsində Meşəli soyqırımı hadisələri ilə bağlı  beynəlxalq axtarışda olan şəxslərdən biri - qatı cinayətkar Vaqif Xaçaturyan saxlanılıb. Əlbəttə, bu, hüquqi baxımdan atılan mühüm addımdır. Baş prokurorluğun məlumatında da bildirilir ki, Meşəli hadisələri ilə bağlı  saxlanan Vaqif Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarınauyğundur.
Politoloq daha sonra əlavə edib ki, bəlli olduğu kimi, bu addıma qarşı da Ermənistan tərəfi müəyyən iddialar irəli sürməkdədir: “Baxmayaraq ki,  Azərbaycan həm milli qanunvericiliyinə uyğun olaraq, həm də soyqırımı cinayətinin qarşısının alınması və  cəzalandırılması haqqında konvensiyanın müvafiq müddəalarına, həmçinin 6-cı müddəsinə uyğun olaraq  tamamilə hüquqi bir addım atıb. Əslində, Ermənistan  sözügedən konvensiya çərçivəsində bu günə qədər üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib.Yəni bu addımlar Azərbaycan ərazilərində soyqırımı cinayətləri törədilmiş şəxslərin ədalət məhkəməsinə cəlb edilməsi, hansı ərazidə törədilibsə, həmin ölkənin ədalət məhkəməsində təmsil edilməsi kimi Ermənistanın üzərində bir məsuliyyət var”, - deyə E.Mirzəbyli vurğulayıb.

Təəssüf ki, beynəlxalq hüququn prinsiplərini, beynəlxalq adətləri, yuridiksiyanı bilən adamlar Cənubi Qafqazda qarışıqlıq yaratmağa üstünlük verir. Nəticə isə təbii ki, istənilən olmayacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər