30.04.2024, 13:19
AZ EN
23.07.2023, 19:06 180

“Şuşa Qlobal Media Forumu şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı”

XƏBƏRLƏR
  • Arxitekturası yeni formalaşmaqda olan çoxmərkəzli dünyanın memarlığında əsas vəzifə məhz medianın üzərinə düşüb və bunu biz həm də media diplomatiyası adlandıra bilərik. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq dünya yeni dördüncü sənaye inqilabının astanasındadır. Adına texnoloji inkişaf dediyimiz yeni şərtlər dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini və bu sahədəki ənənəvi qaydaları dəyişir. Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunur. Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər qlobal səviyyədə ənənəvi siyasi-ictimai quruluşların dəyişməsinə səbəb olur.

Bu sözləri açıqlamasında “Gənc Demokratlar İnstitutu” İctimai Birliyinin sədri, ekspert Yeganə Hacıyeva deyib.

O bildirib ki, dördüncü sənaye inqilabının astanasında rəqəmsallaşan siyasət, iqtisadiyyat, sənaye, təhsil, mədəniyyət və digər sahələrdə gedən proseslərdə ölkələr ümumi məqsədə xidmət edən və ən əsası bütün maraqları əhatə edən strategiya axtarışındadırlar. Yeni şərtlər qaydasız, təxminən meydanda oyun şərtlərini bilmədən, imkanlara tam bələd olmadan oynamağa oxşayır. Günümüzdə texnoloji resurslar qlobal səviyyədə cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır və bu gün cəmiyyətlərin ehtiyac və istəyi texnoloji qiqantların bazarında yeni məhsullardır. Yeni reallıqlarda media diplomatiyasının üzərinə yeni siyasi linqivistika, dinlərarası dözümlülük və mədəniyyətlərarası mübadilə ritorikasını formalaşdırmaq kimi mühüm bir vəzifə durur. Yeni media şərtlərinin ciddi ziddiyyətlər gətirdiyi sahə isə heç şübhəsiz qlobal təhlükəsizlik sistemidir.

“Bu ziddiyyətlərlə mübarizə üçün beynəlxalq münasibətlər sahəsində yeni şərtlərə uyğun fəaliyyət göstərməklə formalaşan regional və qlobal şəbəkələr həm də risklərə qarşı immunitetləri formalaşdırmaqdadırlar. Heç şübhəsiz ki, bu immunitetlər qlobal təhlükəsizliyə bir töhfədir. Bu qədər geniş və faydalı məlumatlı keçən iki günlük Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın 50 ölkəsindən 150 media subyekti və 200-dən çox aparıcı ekspertlərın iştirakını Forumdan sonra platforma formatında fəaliyyət göstərməsi kimi regionlararası və qlobal təhlükəsizlikdə mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bir imkan kimi dəyərləndirmək lazımdır.

Forum çərçivəsində dünyanın əlli ölkəsindən media və televiziya idarəçiləri, jurnalistlərin qatıldığı tədbir qarşılıqlı şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı. Forumun Azərbaycan mədəniyyətinin nüvəsi Şuşada, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Forumda iki gündür media haqqında danışsaq da hər sözün, hər fikrin qayəsi Azərbaycan, Qarabağ oldu. Şübhəsiz ki, forumun kulminasiyası Azərbaycan Prezidentinin çıxışı idi. Prezident İlham Əliyevin çıxışı günümüzdə media trendləri, Azərbaycan haqqında dezinformasiya və qərəz təbliğatı, ən əsası regional təhlükəsizlik aspektlərinin hər vintini əhatə etdi”, - deyə Y.Hacıyeva qeyd edib. ("AZERTAC")

Oxşar xəbərlər