Bunu jurnalistlərə açıqlamasında NTV-nin xarici əlaqələr və xəbər departamentinin rəhbəri Ahmed Yeşiltepe deyib.
"Şuşaya gələndə yolda iki fərqli mənzərə ilə qarşılaşdım. Bir tərəfdən ermənilər tərəfindən törədilən təxribatlar, dağıntılar, digər tərəfdən isə Azərbaycanın yenidən inkişaf etdirdiyi, intibah dövrünü yaşayan Şuşa şəhəri var. Ötən gün Prezident İlham Əliyev forum iştirakçıları ilə görüşü zamanı da bununla bağlı dünyaya mesaj verdi. Bu torpaqların Azərbaycanın olduğunu, bu səbəbdən sahib çıxıldığını, yenidən inşa edildiyini və burada yeni mədəniyyətin inkişafını xəbər verdi. Düşünürəm ki, əsl inkişaf Şuşa şəhərindən başlayacaq", o bildirib. (APA)