Bu barədə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclasında iştirakına görə Venesuela tərəfinə təşəkkür edərək Hərəkatın tarixən fəal üzvlərindən biri kimi ölkəmizin bütün təşəbbüslərinə göstərilən tam dəstəyi yüksək qiymətləndirib. Ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərdən söz açan Nazir Ceyhun Bayramov Hərəkatın Parlament və Gənclər Şəbəkəsinin yaradıldığını məmnunluqla xatırladaraq, bu gün Venesuela nazirinin iştirakı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Mənzil Qərargahının açılışının əhəmiyyətini vurğulayıb.
Nazirlər, iki ölkə arasında neft, qaz, turizm, hava nəqliyyatı və digər istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Ölkəmizin coğrafi cəhətdən uzaq olmasına baxmayaraq Venesuela ilə münasibətlərin inkişafına önəm verdiyi, neft və qaz sektorunda şikətlər arasında potensial əməkdaşlığın ümidverici olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Venesuelanın xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto isə öz növbəsində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclasına dəvətə görə təşəkkürünü bildirərək COVİD-19 pandemiyası dövründə mövcud çətinliklərə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrik edib.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Venesuela Bolivar Respublikasının Xarici Əlaqələr üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında Diplomatik İnstitutları və Universitetləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. ("APA")