22.11.2024, 18:18
AZ EN
03.07.2023, 09:54 263

Mehmet Yüce: Ermənistan kimi etibarsız ölkə ilə sağlam şəkildə yola davam mümkün deyil

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Aİ və ABŞ-ın ev sahibliyi etdiyi danışıqları nəzərə alsaq, sülh prosesinin hələ də o qədər də yaxın olmadığını söyləmək olar. Çünki bu görüşlərin hər birindən sonra verilən ümidverici bəyanatlara nəzər saldıqda belə qənaətə gəlmək olur ki, sülh prosesi çox yaxındır. Lakin bu görüşlərdən sonra Ermənistanın heç bir konkret addım atmaması, təxribatlarını davam etdirməsi bir daha göstərir ki, etibarsız ölkə ilə sağlam şəkildə yola davam mümkün deyil.

Bu barədə UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Prof. Dr. Mehmet Yüce deyib.

O qeyd edib ki, Vaşinqtonun ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların ikinci raundu keçirilib.

“Danışıqların səmimilik, açıqlıq və birbaşa ünsiyyət əsasında aparıldığını bildirən Blinken, iki ölkə liderləri ilə Avropa Birliyi arasında qarşıdakı həftələrdə keçirilməsi gözlənilən görüşdə daha da irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. Həm ümid, həm də ümidsizlik üçün kifayət qədər əsas var. Çünki Blinkenin çıxışında “bəzi əlavə maddələr üzrə razılığın əldə olunması” ifadələri ümidverici olsa da, onun “yekun razılığa gəlmək üçün görüləcək çox iş var” ifadəsini kifayət qədər irəliləyiş olmadığı kimi şərh etmək olar.

Rusiyanın vasitəçiliyi ilə Qarabağ müharibəsinə son qoyan üçtərəfli sazişdəki öhdəliklərinin hələ də mühüm hissəsini yerinə yetirməyən Ermənistanın qısa zamanda konkret addımlar atacağı gözlənilmir. Ona görə də yaxın gələcəkdə hərtərəfli sülh sazişinin əldə olunmasını gözləmək çox optimist olardı”, - deyə o əlavə edib.

M.Yüce həmçinin bildirib ki, iki ölkə arasında sülhün əldə oluna bilməməsi zəminində çoxlu daxili və xarici amillər var.

“Sülh danışıqlarında ilk növbədə, hər iki ölkənin reallığını nəzərə alaraq ədalətli sülhün təmin edilməsi əvəzinə, danışıqlara ev sahibliyi edənlərin bölgədə nüfuz qazanmaq və ya daha çox mənfəət əldə etmək narahatlığı ön plana çıxır. Yəni bölgədə sülh danışıqları pərdəsi altında hökmranlıq mübarizəsi aparılır. Bu səbəbdən danışıqlarda Qarabağ faktları əvəzinə Ermənistanın irəli sürdüyü qeyri-real iddialar gündəmə gəlir və ona görə də əsas məsələ üzərində dayanmaq olmur. Nəticə etibarı ilə Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq səylərini yalnız iki ölkənin reallıqlarına əsaslanaraq şərh etmək düzgün yanaşma olmazdı. Burada məsələyə güc balansı baxımından baxmaq lazımdır. Bu baxımdan hər bir güc blokunun regionla bağlı ayrıca gözləntisinin olduğunu da nəzərdən qaçırmaq olmaz. Azərbaycan və Ermənistan arasında sülh danışıqları regionda qlobal güclər baxımından güc balansının formalaşmasını, eləcə də iki ölkənin sərhəd təhlükəsizliyini təmin edəcək. Burada Türkiyənin və Türk Dünyasının rolu da önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyənin həm sahədə, həm də beynəlxalq miqyasda birgə həyata keçirəcəyi güclü diplomatiya böyük uğurlar gətirəcək”, - deyə o vurğulayıb. (Trend)

Oxşar xəbərlər