22.12.2024, 21:25
AZ EN
29.10.2024, 09:38 225

XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq

XƏBƏRLƏR
  • Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik", - paylaşımda bildirilib. (Report)

Oxşar xəbərlər