Agentliyin mətbuat xidmətindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə layihələri, mina təhlükəsi ilə mübarizə istiqamətində aparılan maarifləndirmə tədbirləri, eləcə də bu sahədə nəzərdə tutulan gələcək planlar barədə nümayəndəyə məlumat verilib.
Görüşdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında dayanıqlı və təhlükəsiz məskunlaşmasının təmin edilməsi məqsədilə “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” tədbirləri çərçivəsində ANAMA ilə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən humanitar minatəmizləmə fəaliyyətinin prioritet istiqamətləri üzrə dəstək göstərmək niyyətində olduğu bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (AZƏRTAC)