19.10.2024, 09:21
AZ EN
10.05.2022, 14:20 462

Azad edilmiş ərazilərdə daha 132 mina aşkarlanıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. (APA)

Oxşar xəbərlər