Bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat jurnalistlərə açıqlamasında deyib.
“Prezident Baydenin məktubunda da qeyd olunduğu kimi biz Azərbaycana verdiyi töhfələrə görə minnətdarıq. Putinin işğalçı müharibəsi fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Biz həmçinin enerji keçidində Azərbaycanın potensialı və səylərindən ilhamlanırıq”, - o deyib. ('APA")