20.06.2024, 23:34
AZ EN
25.05.2023, 20:17 198

Azərbaycan XİN başçısının müavini İsrail rəsmilərini Ermənistanın sülh prosesinə törətdiyi maneələr barədə məlumatlandırıb

XƏBƏRLƏR
  • Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 21-25-də İsrailə işgüzar səfər edib, bu ölkənin rəsmilərini Ermənistanın sülh prosesinə törətdiyi maneələr barədə məlumatlandırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, F.Rzayev İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. O, “Herzliya” Konfransında “Azərbaycan-İsrail strateji əlaqələri” mövzusunda çıxış edərək Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Nazir müavini həmçinin İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. F.Rzayev görüşlərdə tərəf müqabillərini postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.

Nazir müavini o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.

O həmçinin Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən bu ölkədə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.("Report")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR