19.09.2024, 04:59
AZ EN
23.05.2023, 17:40 184

Mövlud Çavuşoğlu: "Qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır"

XƏBƏRLƏR
  • "Qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, terrorçulara heykəl ucaldılması qəbuledilməzdir:

"İrəvanda keçmişdə Osmanlı dönəmində azərbaycanlı qardaşlarımızı və bizim əsgərlərimizi, ardınca bizim diplomatlarımızı şəhid edən terrorçu üçün heykəl ucaltması təbii ki, qəbuledilməzdir. Biz də bəzi tədbirlər gördük. Türkiyə üzərindən üçüncü ölkələrə tətbiq edilən uçuşlara hava sərhədimizi bağladıq. Bu gün Ermənistandan bu xətanı düzəltməsini gözləyirik. Biz Ermənistana hər hansı ön şərt qoymadıq. "Qondarma soyqırımı iddialarından əl çəkəcəksiniz, biz də addım atarıq" demədik. Onlar da bizə şərt qoya bilməzlər. Çünki iddiaları əsassızdır. Lakin terrorçuların heykəlini ucaltmaq qəbuledilməzdir. Əgər səhvlərini düzəltməsələr, yenə də başqa tədbirlər görərik".

Nazir vurğulayıb ki, qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır:

"Təxribatlardan əl çəkmək lazımdır. Qarabağa qaçaq yolla əsgər və ya silah göndərmək kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır. Azərbaycanın təbii sərvətləri olan mədənlərinin talan edilərək başqa yerlərə satılmasına icazə verilməməlidir. Bütün dünya da bilir ki, bütün bu məsələlərdə can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt yalnız deyil və olmayacaq da. Zəngəzurla bağlı anlaşmalar olsa da, hələ həyata keçməyib. Bu, Ermənistanın da xeyrinədir. Artıq ortaq dəhliz önəm qazanır. Ermənistan da bundan istifadə etmək istəyirsə tez bir zamanda bu addımları atmalı, öhdəlikləri yerinə yetirməlidir".

Müsahibənin geniş variantı ilə bu linkdən tanış ola bilərsiniz. (Report)

Oxşar xəbərlər