22.11.2024, 10:38
AZ EN
29.04.2023, 19:37 201

Azərbaycanın sülh müqaviləsinə dair təkliflərinin beynəlxalq birlik tərəfindən qəbul edilməsi İrəvanı çıxılmaz vəziyyətə salıb

XƏBƏRLƏR
  • Ermənistanın mina terrorunun nəticəsində azərbaycanlı mülki şəxslərin həlak olmasının məsuliyyətini birbaşa rəsmi İrəvan daşıyır. Avropa İttifaqının Ermənistan tərəfindən dəvət olunan və sərhəddə müşahidə aparan missiyasının üzvləri haraya baxırlar?

Bu sözləri Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, Tərtərdə 3 nəfər mülki vətəndaşın mina partlayışı nəticəsində həlak olması təkcə Azərbaycanı deyil, bütün dünya ictimaiyyətini narahat etməlidir. Ermənistanın minalanmış ərazilərin xəritəsini yanlış təqdim etməsi onun sülh istəyində olmamasının, regionda böyük dövlətlərin “maşası” rolunda çıxış etməsinin göstəricisidir.

“Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etmişdi. Xəritəyə əsasən, həmin minaların təmizlənməsi prosesi başladı. Lakin sonralar məlum oldu ki, ermənilər xəritədə göstərilməyən ərazilərdə də minalar basdırıblar ki, bu da insanlığa sığmayan addımdır. Azərbaycanın Ermənistanla sülh danışıqları istiqamətində irəli sürdüyü təklif və şərtlərin beynəlxalq birlik tərəfindən qəbul edilməsi rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Buna görə də Ermənistan mina terroru həyata keçirib Azərbaycana təzyiq etmək niyyətindədir. Bir həqiqət var ki, bu gün Ermənistan təzyiq dili ilə danışmaq iqtidarında deyil. Rəsmi İrəvan müharibəni həm hərb meydanında, həm də diplomatiyada uduzub. Haqlı tərəf olan Azərbaycan öz torpaqlarını işğaldan azad edib və burada quruculuq işləri apararaq əhalisinin (həm də erməni əhalisinin) sosial vəziyyətini yüksəltməyə, həm də sülhü bərqərar etməyə çalışır. Ermənistanı da narahat edən elə budur”, - deyə S.Qurbanov vurğulayıb. ("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR