19.10.2024, 13:34
AZ EN
29.04.2023, 11:14 205

İstanbulda “Texnofest-2023” festivalı keçirilir

XƏBƏRLƏR
  • İstanbul şəhərində, Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı – “Texnofest-2023” keçirilir.

Bu il 7-cisi baş tutan beynəlxalq tədbir artıq 6 ildir təşkil olunur.

Festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Mayın 1-dək davam edəcək “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunur.

Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur. (Report)

Oxşar xəbərlər