Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda “Texnofest – 2023”ün açılış mərasimində çıxışı zamanı deyib.
O, növbəti “Texnofest”lərin dost və qardaş ölkələrdə keçiriləcəyinə ümid etdiyini söyləyib: “Cümhuriyyətimizin yaradılmasının yüzüncü ilində İzmirdə, Ankarada da “Texnofest”i təşkil etmək istəyirik. Mədəniyyətimizin elm və texnologiyadakı mövcudluğu “Texnofest” nəsli ilə davam edəcək. Mədəniyyətimizin texnologiya ilə bağlarını qorumaq üçün “Texnofest” yaşamalıdır”. (Report)