Dövlət Departamentindən bildirilib ki, Rusiyanın 2014-cü ildə Ukraynaya əsassız və qeyri-qanuni təcavüzündən sonra ABŞ, müttəfiqləri və tərəfdaşları ilə (Avropa İttifaqı daxil olmaqla) Rusiyaya qarşı əhəmiyyətli sanksiyalar tətbiq edib. Bunların arasında 2017-ci ildə qanuna çevrilmiş Amerikanın Düşmənlərinə qarşı Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) nəticəsində yaranan sanksiyalar da var.
"Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı növbəti qəddar işğalçı müharibəyə başlamasından sonra ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı İkinci Dünya Müharibəsindən sonrakı dövrdə görünməmiş bir sırada iqtisadi təzyiq tədbirləri həyata keçirib ki, bu sanksiyalar, ixrac nəzarəti, tariflər və digər tədbirlər Rusiyanın effektiv müasir müharibə aparmaq imkanlarını məhdudlaşdırır və Rusiyanın maliyyə resurslarını azaldır.
Cənubi Qafqazdakı ölkələr də daxil olmaqla bir çox hökumətlər beynəlxalq sanksiyalara və ixrac nəzarətinə riayət etməyi öhdələrinə götürüblər və biz Rusiyaya qarşı məhdudiyyətlərə əməl olunmasını təmin etmək üçün həmin hökumətlər, özəl şirkətlər və maliyyə institutları ilə işləməyə davam edəcəyik", - qeyd edilib. (APA)