Kinoşünas, fəlsəfə doktoru Zülfiyyə Eldarqızının aparıcılığı ilə keçən tədbirdə elm və sənət adamları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Aparıcı 10-cu sinif şagirdi olan Sevindiyin artıq 7 kitab müəllifi olduğunu və həmin nəşrlərdən ən sanballısının Ümummilli liderin ölməz xatirəsinə həsr edildiyini bildirib. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli uğurlarını yaxından izlədiyi Sevindiyin yaradıcılıq əzmini yüksək dəyərləndirərək, müəllifə uğurlar arzulayıb. “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı çıxışında müəlifin yeni kitabı ilə bağlı fikirlərini bildirib və onun “Ulu Öndər yadigarı” adlı şeirini söyləyib.
Digər natiqlər – yazıçı-publisist Nəzakət Kərimova, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə Poladova, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva və başqaları ürək sözlərini söyləyiblərr. Gənc müəllifin atası, istefada olan polis polkovniki, Vəkillər Kollegiyasının üzvü Nəsib Əliyev Sevindiyin söz sənətinə vurğunluğundan danışaraq, onun Ulu öndərin irsinə böyük maraq göstərdiyini vurğulayıb.
Mina RƏŞİD