21.11.2024, 20:16
AZ EN
03.11.2023, 09:52 327

Boris Aleksenko: Heydər Əliyev Azərbaycan üçün gördüyü işlərlə özü haqqında unudulmaz xatirələr qoyub

XƏBƏRLƏR
  • Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərlə özü haqqında unudulmaz xatirələr qoyub.

Bu sözləri 1997-2004-cü illərdə Ukraynanın Azərbaycandakı səfiri olmuş Boris Aleksenko söyləyib.

“Mənə Azərbaycanda işləmək və xalqa xidmət etmək üçün yaradılan şəraitə görə Azərbaycana təşəkkür edirəm. Mənim daha bir xoşbəxtliyim o olub ki, Heydər Əliyev kimi nüfuzlu bir şəxsin zamanında Azərbaycanda işləmişəm. Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük şəxsiyyət olub. Ona bütün dünya qiymət verib. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər nüfuzlu ölkələrin rəhbərləri Heydər Əliyevə yüksək qiymət veriblər”, - deyə Boris Aleksenko qeyd edib.

Ukraynanın Azərbaycanda ilk səfiri kimi çalışdığını bildirən B.Aleksenko Ulu Öndərlə görüşlərini xoş xatirələrlə xatırlayaraq deyib: “Heydər Əliyev Ukrayna xalqını sevirdi, Ukrayna üçün çox işlər görüb. O, Azərbaycan-Ukrayna münasibətlərinin memarıdır. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bir çox ölkələrlə yanaşı, Ukrayna ilə də strateji tərəfdaşdır”.

B.Aleksenko vurğulayıb ki, Ulu Öndərin siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətə çevrilib. (AZƏRTAC)

Oxşar xəbərlər