Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə avqustun 28-də keçirilən Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfransda söyləyib.
O bildirib ki, sosial sahədə hərc-mərcliyin qarşısını almaq, ölkənin üz-üzə qaldığı bir milyondan artıq qaçqının və məcburi köçkünün həyatını yaxşılaşdırmaq, onları öz doğma torpaqlarına qaytarmaqla bağlı ümidləndirmək və eyni zamanda, işğal altında olan torpaqları geri qaytarmaq Heydər Əliyevin tarixi missiyası idi.
“Azərbaycanın yaxın keçmişinə nəzər saldıqda görürük ki, Heydər Əliyev bu missiyanı layiqincə həyata keçirib. Heydər Əliyevin Azərbaycan xalqının tarixində xidmətlərini saymaqla qurtarmaq olmur. Onun ən böyük xidmətlərindən biri Prezident İlham Əliyevi yetişdirməsi və xalqımıza ərməğanıdır”, - deyə M.Abbaszadə qeyd edib. (AZƏRTAC)