21.11.2024, 22:31
AZ EN
11.04.2023, 09:30 389

Türkiyənin növbəti uğuru

XƏBƏRLƏR

Bölgəsində lider, dünyada söz sahibi olan qardaş ölkə ilk hərbi PUA gəmisini suya buraxıb. Söhbət dünyada ilk SİHA  gəmisi “TCG Anadolu”ndan gedir. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.Gəminin Türkiyə Silahlı Qüvvələrinin güclənməsində müstəsna rolu olacağı proqnozlaşdırılır. “TCG Anadolu” çoxməqsədli amfibiya hücum gəmisinin inşasına 2016-cı ilin aprelində başlanıb. Bu gün isə böyük bir komandanın 7 illik zəhmətinin bəhrəsini bütün Türkiyə görürür. Uzunluğu 231, eni 32 metr olan gəminin göyərtəsinə 10 helikoptel və  11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və 30 SİHA daşına bilər. Gəmi bu gün artıq Türkiyə Silahlı Qüvvələrinin invertarına daxil olub. Bununla bağlı keçirilən təntənəli mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gəmi haqqında qısa məlumat verib. O, bildirib: “Bu gəmimizə “Bayraqdar TB 3” SİHA, “Qızılelma”, İnsansız savaş uçağı və HURJET Xəfif Taaruz uçağımız eniş-qalxış edə biləcək. Eyni zamanda daşıdığı tanklar və zirehli AMİFBİ hücum maşınları sayəsində bu gəmimiz lazım olduğunda dünyanın hər yerində əsgəri və insani əməliyyat aparmaq üçün imkan verəcək özəlliklərə sahibdir”.

Ekspertlər üzən bazanı xatırladan gəminin Türkiyə donanmasının gücünü əhəmiyyətli dərəcədə artıracağını deyir.

Ekspert İbrahim Keleş bildirib: “Bu gəmi Türkiyənin Anadolunu qoruya bilməsi, Anadolunu əlində saxlaya bilməsi üçün çevrəsində təhdid ola biləcək vəziyyətdə uzaqdan qarşısını almaq imkanı saxlayacaq. Bu sadəcə Türkiyə ilə məhdud deyil, eyni zamanda yanıbaşımızda bizimlə dost olan, qardaş olan ölkələr var. Azərbaycanın adını özəlliklə çəkmək istəyirəm. Bu gəmimiz sayəsində biz  dəniz sahəsindən də istifadə edəcəyik. Hərəkət təsir sahəsini də genişləndirmiş olacağıq”.

Qeyd edək ki, unikal gəmi, həm də zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları üçün  istifadə edilə bilər. Bunun üçün gəmidə tam təhciz olunmuş xəstəxana və  əməliyyat otağı mövcuddur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər