12.07.2025, 06:02
AZ EN
18.04.2024, 11:00 349

Avropa İttifaqı erməni ordusuna vəsait ayırıb

XƏBƏRLƏR

"Hraparak" "Azadlıq" radiosunun erməni xidmətinə istinadən xəbər yayıb ki, Avropa İttifaqı Ermənistanın bir taboruna modul səhra düşərgəsi yaratmaq məqsədi ilə 10 milyon avro ayırmağı qərara alıb. Əlavə olunub ki, bu vəsait Avropa sülh fondundan köçürüləcək. Modul düşərgədə tibbi klinika və yardımçı xidmətlər də yaradılacaq. Mənbə sonda bildirib ki, vəsaitin ayrılmasında məqsəd guya Ermənistan ordusunun döyüş qabiliyyətini yüksəltməkdir. Reallıq isə budur ki, Avropa İttifaqı üzdə sülh tərəfdarı olduğunu bildirsə də öz hərəkətləri ilə Ermənistanı müharibəyə hazırlayır.

N.Qaramanlı

Oxşar xəbərlər