20.10.2024, 12:29
AZ EN
10.04.2023, 11:30 230

Deputata qarşı vəsatət qaldırılıb

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, bu gün saat 10-da Ermənistanın baş prokuroru Anna Vartapetyan parlamentdəki "Hayastan" fraksiyasının üzvü Mher Sahakyanln deputat toxunulmazlığının ləğv edilməsi barədə vəsatəti spiker Alen Simonyana təqdim edib. Bildirilir ki, martın 31-də parlamentin binasında qapalı iclas keçirilən zaman müxalif deputat M.Sahakyan mövcud qanunları kobudcasına pozaraq komissiya sədrinə qarşı fiziki güc tətbiq edib və ona yüngül bədən xəsarəti yetirib. Vəsatətlə bağlı qərar qəbul edilənədək isə M.Sahakyan iclasda iştirak edəcəkdir.

Media qrupu onu da bildirir ki, spiker aprelin 12-14-də Sankt-Peterburqda işgüzar səfərdə olacağı üçün spiker vəzifəsini müvəqqəti olaraq onun müavini icra edəcəkdir və sözügedən vəsatətin məhz Alen Simonyansız müzakirə ediləcəyi barədə fikirlər səsləndirməkdədir.

Nəsib

Oxşar xəbərlər