23.11.2024, 05:15
AZ EN
26.03.2023, 10:33 185

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə regional vəziyyəti müzakirə edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər