21.11.2024, 17:40
AZ EN
01.02.2023, 14:50 279

Ermənilər yeni bəhanə tapıb

XƏBƏRLƏR

Qərbi Azərbaycan İcmasının BMT-də müxtəlif dillərdə yayılmış sənədində erməni faşizminin törətdiyi cinayətlərə obyektiv qiymət verilməsi və soydaşlarımızın öz etnik torpaqlarına qayıtması hüququnun tanınaraq həyata keçirilməsinin təmin olunması ilə bağlı ermənilər, politoloq Stepan Qriqoryanın "Lurer" TV-də yayılmış müsahibəsində qeyd etdiyi kimi, həyacan təbili çalmağa başlayıblar. Onlar həmişə olduğu kimi bu sənədlə bağlı da uydurmalara geniş meydan veriblər. Gülməli görünən bir məqam da odur ki, haylar həmin sənədin niyə erməni dilində olmaması kimi sərsəm fikirlər irəli sürürlər. Əlbəttə, onlar erməni dilinin beynəlxalq işlək dil olmadığını yaxşı bilirlər. Amma hər işə pəl vurmağa öyrəncəli olan haylar nəyəsə bəhanə tapmaqda həmişə fars və frəng bacılarından da irəlidə olur. Bunu təsdiqləyən yüzlərlə tarixi fakt isə ikili standartlara görə görməzlik sindromu qarşısında acizdir.

Nəsib

Oxşar xəbərlər