Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
“Biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sazişi imzalamağa hazır olduğumu bəyan etmişəm”, - deyə Paşinyan qeyd edib.
Baş nazir bildirib ki, müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb.
Günel QULİYEVA