08.09.2024, 07:04
AZ EN
23.01.2023, 15:47 312

Ermənistan Ombudsmanı istefa verir

XƏBƏRLƏR

Bir həftədən çoxdur ki, erməni mediasında ombudsman Kristine Qriqoryanın istefaya çıxacağı barədə məlumatlar verilirdi. Ombusdmanın sözcüsü Amaliya Markaryan isə deyilənlərin həqiqətə uyğun olmadığını israrla vurğulayırdı. Yanvarın 23-də günorta isə bir neçə xəbər portalı yenidən sözügedən məsələyə münasibət bildirib. "Hraparak"ın yaydığı xəbərdə qeyd olunur ki, K.Qriqoryan artıq istefaya getməsi üçün parlamentin sədri A.Simonyana ərizə ilə müraciət edib. Bununla bağlı məlumat verən parlamentin sözçüsü Covinar Xaçatryan onu da bildirib ki, K.Qriqoryanın ali məhkəmə şurasına yüksək vəzifəyə təyinatı gözlənilir.

Xatırladaq ki, K.Qriqoryan N.Paşinyanın həyat yoldaşı Anna Hakopyanın yaxın rəfiqəsidir və bir il öncə o, ombudsman vəzifəsinə təyin edilərkən haylar böyük hay-küy salmışdılar.

Nəsib

Oxşar xəbərlər