12.02.2026, 16:16
AZ EN
12.02.2026, 13:54 162

Paşinyan: "Səfirliklər vətəndaşlarına sərhəd rayonlarımıza səfər etməməklə bağlı çağırışları dayandırmalıdır"

XƏBƏRLƏR
  • Ermənistanda fəaliyyət göstərən səfirliklər öz vətəndaşlarını ölkənin sərhədyanı rayonlarına səfər etməməyə çağırmağa son qoymalıdır.

Bunu hökumət iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, keçmiş illərdə bəzi səfirliklər vətəndaşları sərhədyanı əraziləri, xüsusilə Sünik vilayətini ziyarət etməkdən çəkinmələri barədə daim xəbərdar edirdilər: "Cənab Mirzoyan (xarici işlər naziri Ararat Mirzoyan - red.), bu səfirliklərlə işləmək lazımdır ki, onlar bunu davam etdirməsinlər".

N.Paşinyan qeyd edib ki, beynəlxalq hesabatlarda Ermənistan cinayət səviyyəsi baxımından təhlükəsiz ölkə kimi göstərilir, 2025-ci il məlumatları da bunu təsdiqləyir. (Report)

Oxşar xəbərlər