02.03.2026, 03:31
AZ EN
11.12.2025, 17:13 143

Separatçıların İrəvandakı ofisində axtarış aparılır

XƏBƏRLƏR
  • Ermənistan İstintaq Komitəsi ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisində axtarış aparır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, bu gün səhər saatlarında separatçı rejimin İrəvandakı ofisinə 10-dan çox polis əməkdaşı gəlib. Onlar axtarış və sənədlərin götürülməsinə icazə verən məhkəmə qərarını təqdim edib. Qeyd olunub ki, onların hansı sənədləri axtardıqları və nəyi götürəcəkləri məlum deyil.

İstintaq Komitəsindən “Sputnik Ermənistan”a bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq aparılır. Amma qurum hansı işdən söhbət getdiyini açıqlamayıb.

Separatçıların vəkili Roman Yeritsyan isə bildirib ki, Ermənistan İstintaq Komitəsi tərəfindən ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisində aparılan axtarış “müstəqillik referendumu günü və “Dağlıq Qarabağın konstitusiyasının qəbulu” ilə bağlı müzakirələrə görədir. O, qeyd edib ki, axtarışlar separatçı ünsürlərə qarşı açılmış iqtisadi cinayət işi ilə əlaqəlidir.

Xatırladaq ki, dünən separatçıların ofisində “müstəqillik referendumu və Dağlıq Qarabağın konstitusiyasının qəbulunun 34-cü ildönümü”nə həsr olunmuş “parlament dinləmələri” keçirilib. Separat iclasda “ermənilərin Qarabağa qayıdışı məsələsi” də müzakirə olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər