"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentində "Haystan" blokundan olan deputat Artsvik Minasyan Azərbaycan tərəfinin tranzit məhdiyyətini aradan qaldırması barədə qərarını şərh edərkən bildirib. O, məhdudiyyətlərin aradan qaldırılmasından sonra Qazaxıstan buğdasının ilk partiyasının Azərbaycan üzərindən Ermənistana gətirilməsini tənqid edib: "Biz vaxtiləa hər il Qarabağdan 80 min ton taxıl daşıyırdıq. Bu, Ermənistanın ehtiyaclarının 25 faizini təmin edirdi. Yəni, Qarabağda becərilən zəmilər taxıla olan daxili ehtiyacın illik 50-80 min tonunu təmin edən vasitəçi kimi çıxış edib. İndiki dövrdə isə xalqımıza sülhü bir neçə maşın buğdaya satmaq olmaz".
Parlamentdəki çıxışı zamanı revanşist separatçıların mövqeyini dəstəkləyən erməni deputat Paşinyan hökumətini Azərbaycanla sülhə və tranzit yolların açılmasına deyil, 30 il ərzində işğal altında olan Qarabağa yenidən sahiblənmək üçün yollar axtarmağa çalışıb. O, deyib ki, erməni xalqına təslimçi sülhdənsə, dayanıqlı güzəran və çörək lazımdır. Lakin Artsvik Minasyan dayanıqlı güzəranın hansı iqtisadi əsaslar üzərindən təmin edilməli olduğundan danışmayıb və onun söylədiyi fikirlər həmkarları tərəfindən gülüşlə qarşılanıb.
Elxan SALAHOV