31.07.2025, 21:18
AZ EN
26.05.2025, 12:46 289

Türkiyəli alim: Erməni diasporu qurduğu terror təşkilatını dünyaya dinc qurum kimi sırıyır

XƏBƏRLƏR
  • Erməni diasporunun ən çox uğur qazandığı məsələ terror təşkilatları qurub onları dünyaya dinc təşkilat olaraq sırımasıdır.

Bunu açıqlamasında Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Esma Özdaşlı deyib.

Ermənilərin ANCA (The Armenian National Committee of America - Amerika Erməni Milli Komitəsi) terror təşkilatının və bu kimi qurumların Azərbaycana, eləcə də türk millətinə qarşı davamlı iftiralar yağdırdığını vurğulayan alimin fikrincə, belə haqsız fəaliyyətlərə qarşı Türk dünyasının elmi əsaslı birgə aktivliyi ilə mübarizə aparmaq mümkündür:

“Birlikdən güc doğar. Bütün Türk dövlətləri birgə hərəkətə keçməlidir. Məsələn, əsrin əvvəllərində erməni daşnakların Fərqanə vadisində özbəklərə və digər müsəlman əhaliyə qarşı törətdikləri soyqırımından, demək olar ki, bəhs olunmur. 1915-ci ildə Anadoluda, 1918-ci ilə Bakıda törədilən erməni vəhşiliklərinin kökü çox daha keçmişə gedir və ağır nəticələri də günümüzə qədər davam edir".

E.Özdaşlı vurğulayıb ki, rus çariçası Yekaterina 1768-ci ildə erməniləri qorumaq üçün fərman verib. 1885-ci ildə erməni siyasi institutu Armenikan,1887-ci ildə Hnçak və 1890-cı ildə Erməni İnqilabi Federasiyası - Daşnaksütyun/EİFD kimi ard-arda qurulan, fitnə-fəsad yayan təşkilatların yaradılmasının tarixi kökləri var.

"Bunlar öyrənilib ictimailəşdirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu olmaz. Bütün Türk dünyasının diasporu birləşməlidir və bu sahədəki elmi fəaliyyətlərimizi birgə aktivləşdirməliyik. Türk dünyasının ortaq diaspor fəaliyyəti isə Türk Dövlətləri Təşkilatının damı altında həyata keçirilə bilər”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR