25.04.2025, 07:09
AZ EN
24.04.2025, 20:58 126

Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib

XƏBƏRLƏR
  • Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır.

Bildirilib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqazidd açıqlamaları rədd edir: “Belə bəyanatların heç bir əsası yoxdur”. 

Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib: “Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb”. (Report)

Oxşar xəbərlər