22.11.2024, 09:59
AZ EN
11.01.2024, 10:35 295

Ermənilər böhtan atmaqda mahirdirlər

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünən yerli telekanallara verdiyi müsahibədəki dərin məzmunlu fikirləri Ermənistan kütləvi informasiya vasitələrində gündəmə çevrilib. "Hraparak"ın bugünkü sayında sözügedən müsahibə ilə bağlı xeyli məqalə paylaşılıb. Onları oxuduqca ermənilərin cılızlığı bir daha üzə çıxır. Amma ədalət naminə demək lazımdır ki, haylar Prezidentimizin dərin zəkaya, yüksək intellektə, idarəetmə bacarığına həsəd apardıqlarını da gizlədə bilmirlər.

Dövlətimizin başçısının Fransanın mövqeyi ilə bağlı dedikləri isə bəzi hayların diqqətini daha çox çəkib və onlar yazıblar ki, Cənab İlham Əliyev həm də diplomatiya bilicisi olduğunu yenidən isbatlayıb.

Qardaş Türkiyə və onun Prezidenti R.T.Ərdoğan barədə deyilən səmimi fikirlər isə ermənilərin canına yenə üşütmə salıb. Bununla bağlı bir şərhdə yazılıb ki, Ərdoğan Makrondan, Putindən, Co Baydendən, Rəisindən və s. fərqli olaraq sözünün sahibidir və bu iki türk lideri 20 ildir ki, dünya siyasətində öz istəklərini həyata keçirirlər.

Şanlı Azərbaycan Ordusunun dünya hərb tarixinə düşən Şuşanın azad olunması uğrunda apardığı döyüş isə ermənilərin ənənəvi böhtanı ilə dəyərləndirilir. Görünən həqiqət isə belədir, ermənilər qorxaqlıqda və böhtanda tutduqları birinciliyi, türk dünyası isə şərəfini, qəhrəmanlığını daim ucada saxlayır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR