27.07.2024, 08:59
AZ EN
12.02.2024, 15:23 176

Erməni spiker qohumunu azad etdirdi

XƏBƏRLƏR
  • Ermənistanın baş prokurorluğu bu gün açıqlama verib ki, fevralın 12-də istintaq komitəsində aparılan cinayət işi ilə bağlı yeni sübutlar müəyyənləşdirilib və ticarətin təşkili idarəsinin həbs olunmuş əməkdaşları Ani Gevorkyanla Lili Mkryan həbsdən azad olunmaqla barələrində cinayət işinə xitam verilib.

"Hraparak" xatırladıb ki, Ani Gevorkyan parlamentin sədri Alen Simonyanın doğma qardaşının həyat yoldaşıdır və istintaq zamanı əməliyyatçılar həqiqətin aşkar edilməsində yardımçı olub. Daha sonra isə xatırladılır ki, bu il yanvarın 31-də iqtisadiyyat nazirliyində aparılmış qəfil yoxlama zamanı bir neçə vəzifəli şəxsə qarşı cinayət Məcəlləsinin 441-ci maddəsi ilə cinayət işi başlamışdı və onlar həbs edilmişdi. Parlamentin sədri Alen Simonyan həmin vaxt qardaşı arvadının da həbs edildiyinə münasibət bildirərkən demişdi ki, əgər doğrudan da günahı varsa, cəzasını alacaq. İndi onun qardaşı arvadı ilə bərabər digər qadının da sərbəst buraxılmasının, kişilərin isə yeni maddələrlə ittiham edilməsinin səbəblərini araşdıran müxbir belə qənaətə gəlib ki, hər iki qadın məhz parlament sədrinin müdaxiləsi ilə sərbəst buraxılıb.

Bir daha xatırladaq ki, bu xəbəri paylaşan "Hraparak"ın baş redaktoru erməni spikerinin qaynanasıdır.

N.Qaramanlı

Oxşar xəbərlər