Bunu Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay deyib.
O bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, bölgədə sülhün bərqərar olunmasını və tərəqqini çox arzulayır:
“Çünki bu regionun inkişafa çox ehtiyacı var. Artıq böhranlardan, savaşlardan, münaqişələrdən yorulduq. Rusiya-Ukrayna müharibəsinə, Qəzzada tökülən qanlara son qoyulmalıdır. Suriya məsələsi çözüm nöqtəsindədir. Türkiyə regional güc olaraq bütün münaqişəli məsələlərin həllini diplomatik yolda görür və bunun üçün də ən mümkün variantların həyata keçirilməsinə tərəfdardır”.
F.Oktay Qafqazda sülh və sabitlik üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyini vurğulayıb, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı fikirlərini bölüşüb: “Minsk Qrupu "münaqişə bitərsə, işsiz qalar" düşüncəsindədir. Halbuki onların oyanması lazımdır, artıq problem həll olunub, gedib başqa yerdəki problemləri ilə məşğul olsunlar”. (Report)