Bunu Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistanın Qərb dövlətlərinin dəstəyi əsasında formalaşdırdığı uyğunsuz mövqeyinə qalib gəldi:
“Azərbaycan Ordusu daha sonra antiterror əməliyyatı ilə Xankəndi şəhərini də nəzarət altına aldı. Azərbaycan Qarabağdan separatçıları təmizləməklə suverenliyini təmin etdi. Ermənistan artıq dirənməməli, haqqı olmayan torpaqlardan haqq iddia etməməlidir. Ermənistan anlamalıdır ki, Cənubi Qafqaz enerji və ticarət yollarının keçdiyi, mədəniyyətləri birləşdirən vacib yerdir. Ermənistan bu üstünlüklərdən yararlanmaq üçün qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürməməlidir”. (Report)