21.11.2024, 19:45
AZ EN
29.10.2024, 10:07 247

Borc içində olan Ermənistan hərbi xərcləri artırır

XƏBƏRLƏR
  • Qırx dörd günlük müharibədən sonra ağır məğlubiyyətə uğramış ordunun silah təchizatını bərpa etmək üçün dəridən-qabıqdan Ermənistn hərbi və müdafiə xərclərini fantastik dərəcədə artırıb. Xüsusuilə Fransa, Hindistan, Rusiya və İranla hərbi əməkdaşlığı genişləndirməklə kütləvi silahlanma yolunu davam etdirən Paşinyan hökuməti gələn il üçün də xaricdən silah tədarükü ilə bağlı xərclərini artırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, gələn il Ermənistanın müdafiə xərcləri 2024-cü ildəkin 20 faiz artıq olacaq. Bu, o deməkdir ki, növbəti ilə həmin xərclər 664 milyard dram və ya 1,71 milyard dolları təşkil edəcək. Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan deyib ki, gələn il müdafiə xərcləri ilə yanaşı hərbi xərclərin də 2024-cü illə müqayisədə ən azı 0,7 faiz çox olacağı proqnozlaşdırılıb. Onun sözlərinə görə, hərbi xərclər üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin əhəmiyyətli hissəsi ordunun silah-sursat təchizatının yaxşılaşdırılmasına, o cümlədən xaricdən yeni silahların alınmasına yönəldiləcək.

Bu arada Hindistan Ermənistana göndərilən silah-sursatla bağlı bəzi mühüm məlumatları açıqlayıb. Bildirilir ki, Ermənistan son 4 ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb. Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb.

O da qeyd edilir ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Son bir ildə satışlar 2,6 milyard dollar təşkil edib. Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçıları sırasındadır.

Diqqət çəkən məqamlardan biri də odur ki, Ermənistan kütləvi silahlanmaya xarici borcların sürətlə artdığı bir zamanda gedir. Ölkənin maliyyə naziri Vahe Ovannisyan deyib ki, hazırda Ermənistanın dövlət borcu 5 trilyon dram təşkil edir. Bu ilin sonunda dövlət borcunun ÜDM-ə nisbəti 49,8 faiz olacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər