09.06.2025, 15:15
AZ EN
01.04.2025, 12:18 126

Haylar Almaniya prezidentindən inciyiblər

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, martın 31-də İrəvanda prezident Vahaqn Xaçatryan və baş nazir Nikol Paşinyanla görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasının vacibliyini bildirən və bu məsələdə vasitəçi olmağı istəyən Almaniyanın prezidentinin öz səhifəsində Qarabağdan köçən haylar barədə paylaşımında separatçı rejimin "bayrağını" da qoyması, bunun Azərbaycanın ciddi narazılığına səbəb olduqdan sonra silinməsi hayların yeni şivəninə yol açıb.

Bildirilib ki, aprelin 1-2-də Bakıda işgüzar səfərdə olan Almaniya prezidenti bununla haylara deyil, azərbaycanlılara rəğbət bəslədiyini göstərib. Əlavə olunub ki, Almaniya çox vaxt hayları dəstəklədiyini nümayiş etdirsə də bölgədəki maraqlarına görə siyasətini dəyişmək kursu götürüb ki, bu da öncə hayların yeni fəlakətlərə düçar olmasına gətirib çıxaracaq.

Təki belə olsun!

Nəsib

Oxşar xəbərlər