Paşinyan deyib ki, hər iki ölkə arasında qarşılıqlı səmimiyyət var və haylar İranda, iranlılar isə Hayastanda özlərini sərbəst hiss edirlər. Qarşılıqlı etimadın nəticəsində yaranan münasibətlərin bundan sonra da davam edəcəyi vurğulanıb. Jurnalistin bölgədəki durumla bağlı sualını cavablandıran hay baş nazir bu işdə də İrandan razı olduğunu vurğulayıb, deyib ki, bu yöndə siyasət yenə davam edərək yeni reallıqda daim bir-birinə dəstəkçi olmağa xidmət edən əsas prinsipə çevriləcəkdir. Emənistanda olan Avropa İtifaqı "sülhməramlı missiyasının" İran üçün heç bir mənfi təsiri olmadığını xatırladan baş nazir əmindir ki, İrandan daim hörmət və dəstək görəcəkdir. Bu isə əlbəttə, bacıların ikisinin də ürəyincədir.
Nəsib