22.02.2025, 08:06
AZ EN
21.02.2025, 13:32 218

Ermənistanda yaradıcılıqla məşğul olanların evləri əllərindən alınmaq üzrədir

XƏBƏRLƏR
  • "Hraparak" xəbər yayıb ki, baş prokurorluq Ermənistan SSR-nin 1990-cı il dekabrın 10-da qəbul etdiyi "Ermənistan respublikasında özəlləşmə haqqında" qanuna görə Yaradıcılıq qurumlarının, o cümlədən yazıçılar birliyinin daşınmaz əmlakı dövlətə məxsusdur və onlardan istifadə yalnız hökumət tərəfindən müəyyən edilir.

İki il öncə isə Yazıçılar birliyinin üzvlərinin evlərinin dövlər reyestrindən keçirilməsinə başlanılarkən narazılıqlar artıb. Yazıçılar bildirirlər ki, onların təşkilatı SSRİ yazıçılar İttifaqının hüquqi varisi deyil, müstəqil içtimai qurumdur və yazıçıların yaşadıqları evlər özəlləşdirilməlidir. Hakimiyyət isə SSRİ dönəmində yalnız Ermənistan tərəfindən qəbul olunmuş qanunu əsas götürərək yazıçıların evlərinin özəlləşməsini qadağan edib. Bütün bunlar barədə danışan yazıçılar birliyinin sədri Edvard Militonyan həmkarları ilə birlikdə hakimiyyəti ədalətli olmağa çağırıb.

Yeri gəlmişkən vurğulayaq ki, Azərbaycan yazıçılara, jurnalistlərə ev bağışlayan yeganə ölkədir. Ermənistan isə yazıçıların SSRİ dönəmində aldıqları evləri əllərindən qoparmağa girişib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər