21.02.2025, 14:10
AZ EN
19.02.2025, 17:08 122

Türkiyəli deputat: Zəngəzur dəhlizi Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək

XƏBƏRLƏR
  • Türkiyənin Azərbaycanla həmsərhəd olan İqdır vilayətinin hakimiyyət orqanları Ankaranın türk ölkələri ilə əməkdaşlığı istiqamətində yeni bir stimul olacaq tarixi İpək Yolu marşrutunu bərpa etmək üçün bütün səylərini əsirgəmir.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) İqdır vilayətindən olan deputatı Cantürk Alagöz sosial şəbəkələrdə yazıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) millət vəkili Zəngəzur dəhlizinin tezliklə açılmasının vacibliyini vurğulayıb.

“Zəngəzur dəhlizindən istifadə Avropa ilə Asiya arasında fasiləsiz ticarət və kommunikasiya marşrutu yaratmaqla Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək”, - deyə Alagöz bildirib.

Bu arada, “Yeşil Iğdır” qəzeti türkiyəli ekspertlərin fikrinə istinadla yazıb ki, Azərbaycandan Türkiyəyə yeni dəhlizin açılması Şərqi Anadolunun iqtisadi potensialının tam reallaşmasına imkan verəcək və ölkənin bu hissəsində əhalinin sayının artmasına səbəb olacaq. (AZƏRTAC)

Oxşar xəbərlər