21.02.2025, 14:19
AZ EN
19.02.2025, 14:05 237

Ədliyyə naziri dərəbəylik edir

XƏBƏRLƏR
  • Hayların 168.am mediasının "Hraparak" tərəfindən  paylaşılmış yazısında ədliyyə naziri Srpuhi Qalyanın vəzifəyə məhz Nikol Paşinyana sədaqətinə görə təyin edildiyini xatırladılaraq əlavə edib ki, o, nazirliyi bardaq edib.

Qanunların tələbinə  deyil, komandasının  istəyinə uyğun qərar verən Srpuhinin öz orta məktəb rəfiqəsinə bir neçə sabiq vəzifəlini  həbs etdirdiyi ilə öyündüyünü bildirməsini Hayastanın deyil, məhz Nikolstanın mənafeyinə xidmət etdiyini bildirən nəşr əlavə edib ki, xarici kəşfiyyat xidmətinin rəhbəri Kristina Qriqoryan da Nikolstana etibarlı işi ilə fərəhlənir və Srpuhinin namizədliyini irəli sürənlərdən olub. Bir neçə strateji sahəyə cavan qadınların təyin olunmasını tənqid edən bu hay mətbuatı yəqin unudur ki, haylar həm də siyasəti cavan və cazibəli  qadınları vasitəsi ilə həyata keçirməkdə tanınırlar.

Nəsib

Oxşar xəbərlər