14.03.2025, 09:26
AZ EN
14.02.2025, 13:49 290

Fransa separatçıları yenə dəstəkləyir

XƏBƏRLƏR
  • "Hraparak" indicə paylaşım edib ki, Parisin şəhər şurası Qarabağ separatçıların rəhbərlərinin sərbəst buraxılması barədə çağırış edib.

Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat verib. Sözügedən çağırışda sepatçı rəhbərlər barədə guya saxta məhkəmə aparıldığı bildirilib. Əlavə olunub ki, bu saxta sənəd Paris şəhər şurası sədrinin müavini Arno Nqaçanın təşəbbüsü ilə səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, hay baş nazir Nikol Paşinyan bu yaxınlarda Fransada işgüzar səfərdən qayıdarkən yaxın günlərdə Fransanın Qarabağla bağlı sənəd qəbul edəcəyini üstüörtülü açıqlamışdı.

Məlum olduğu kimi, Fransa senatı 44 günlük müharibədən sonra separatçı rejimin "müstəqilliyi" barədə qərar qəbul etmişdi və nəticədə bütün haylar Ermənistana köçməyə məcbur edildilər. Hayların bacısı olan Fransadan hansısa yeni əxlaqsızlıq  da  görmək  heç vaxt  təəccüb doğura bilməz.

Nəsib

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR