12.03.2025, 08:33
AZ EN
13.02.2025, 09:30 237

Paşinyan Koçaryanın oğlunu danladı

XƏBƏRLƏR
  • Dünən Ermənistan parlamentinin iclasında çıxış edən baş nazir Nikol Paşinyana yerdən replika atan Robert Koçaryanın deputat oğlu Levon gözləmədiyi cavab alıb.

Bu xəbəri yayan "Hraparak"ın müxbiri Karen Martirosyan əlavə edib ki, Nikol Paşinyan gülümsəyərək alçaq tonla danışıb. Üzünü Levona tərəf tutaraq deyib ki, belə şeyləri sən bilməzsən. Axşam evə gedəndə atandan soruşursan, o da deyər ki, hər halda müzakirə olunmalı nəsə var, yoxsa yoxdur. 2021-ci ilin seçkilərindən əvvəl atangil bir cəbhədə birləşdilər, birlikdə çıxış etdilər. Bəs sonra nə oldu? Bunu atandan soruş, amma xahiş et ki, düzünü desin. Əgər onun mənimlə müzakirə edəcəyi nəsə varsa buyursun. Amma mənim səninlə müzakirə aparası heç bir mövzum yoxdur.

Bununla da Paşinyan Levon Koçaryanı siyasətçi hesab etmədiyini yenidən diqqətə çatdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər