Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilib ki, onlar 150 dram (təxminən 40 sentdən bir qədər az) ödəməkdən imtina edirlər. Şəhər sakinləri tariflərin artırılmasını əsassız hesab edir və bunda manipulyasiya görürlər.
Aksiya iştirakçılarının çoxu xatırladıb ki, əvvəlcə meriya tarifin 300 dramdan aşağı ola bilməyəcəyini bildirirdi, lakin kütləvi narazılıqdan sonra onu 150 drama endirib. Digər sərnişinlər gediş haqqının ödənilməsi üçün istifadə olunan “Telcell” sistemindən narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, sistemdə həll olunmamış problemlər var. Bəzən onun təqdim etdiyi QR-kodlar işləmir, bank kartı ilə ödəniş zamanı isə nəzərdə tutulandan daha çox məbləğ silinir. (Report)