Bu barədə Avropa xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
"Biz qanun layihəsini təhlil edəcək və onu Ermənistan hökuməti ilə müzakirə edəcəyik", - o bildirib.
Qeyd edək ki, hökumət 2025-ci il yanvarın 9-da Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, təşkilata üzvlük məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir. (Report)