"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hökumət tərəfindən parlamentə təqdim olunan qanun layihəsi geniş müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub. Qanun layihəsinin lehinə 65, əleyhinə isə 30 səs verilib. Müxalifət fraksiyaları bunun əleyhinə səs verib.
Məlumatda o da qeyd olunur ki, parlamentin qeyd olunan məsələyə həsr olunmuş iclası yerli televiziya kanalları ilə canlı yayımlanıb.
Xatırladaq ki, “Ermənistan Elektrik Şəbəkələri” Şirkəti həbs edilmiş rusiyalı-erməni iş adamı Samvel Karapetyana məxsusdur. Baş nazir Nikol Paşinyan bundan əvvəl “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdiriləcəyini açıqlamışdı.
Elxan SALAHOV