19.09.2024, 04:16
AZ EN
26.08.2024, 10:22 228

Paşinyan almadan yıxılıb

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, hakimiyyət öz əleyhdarlarını müxtəlif üsullardan istifadə etməklə daim təzyiq altında saxlamaq istəyir. Bu günlərdə isə İrəvan polisinin Zeytun  şöbəsində Qarabağdan köçən 71 yaşlı Albert Arustamyana qarşı analoqu olmayan bəhanə ilə cinayət işi başlanıb.

Hüquqşünas Roman Yeritçyan bildirib ki, Paşinyan küçədə sakinlərlə ayaqüstü söhbət edərkən Albert ona tərəf bir alma ataraq tutub yeməyini xahiş edib. Almanın qumbara olduğunu zənn edən mühafizəçilər dərhal "uzan" deyə qışqıraraq özləri də yerə uzanıblar. Polislər Alberti tutaraq onun baş nazirə sui-qəsd etmək üçün qumbara atmaq istədiyini, amma çaşaraq alma atdığını bildiriblər.

İkinci dərəcəli əlil olan Albert Arustamyanın üstünə baxış keçirilərkən qumbara aşkarlanmasa da polislər iddia edirlər ki, o tutulacağını duyub qumbaranı dərhal yanındakılardan birinə ötürməyə nail olub.

Şahidlər onun günahsız olduğunu bildirsə də, vəkilin dediyi kimi, "qumbara əməliyyatı davam edir".

N.Qaramanlı

Oxşar xəbərlər